21 Avqust 2019
20 Avqust 2019
Azərbaycanlı jurnalistlərin sualları rəqib məşqçini özündən ÇIXARTDI
Azərbaycanlı jurnalistlərin sualları rəqib məşqçini özündənÇIXARTDI İDMAN 23:43 2019-08-08

"İlk hissə bizim üçün yaxşı alındı və iki qol vurduq. Lakin sonra yorulduq. İkinci hissədə qol vəziyyətlərimiz olmadı. Daha çox müdafiədən oynadıq".

Unikal.org xəbər verir ki, bunu "Bney Yehuda"nın baş məşqçisi Yozef Abuksis deyib.

O daha sonra azərbaycanlı jurnalistlərin tənqidi sualları ilə üzləşib. Sualların çoxu rəqib futbolçuların yerdə qalıb vaxt uzatmaları ilə bağlı olub.

Yəhudi məşqçi buna əsəbiləşib və bir də belə suallar olacağı halda konfransı tərk edəcəyini bildirib:

"Mən belə suallara cavab vermək istəmirəm. Futbolçularım qaydalar çərçivəsində oynadı. Əvvəldən 2:2 hesabı təklif olunsaydı, mən buna razılaşardım. Amma hakimin əlavə etdiyi son dəqiqədə qapımıza vurulan qol bizi üzdü".

Qeyd edək ki, bu gün "Neftçi" UEFA Avropa Liqasının III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" klubu ilə görüşdə 2:2 oynayıb.