21 Avqust 2019
20 Avqust 2019
Bu jurnalistlərin övladları tələbə adı qazandılar - SİYAHI+ FOTOLAR
Bu jurnalistlərin övladları tələbə adı qazandılar- SİYAHI+ FOTOLAR CƏMİYYƏT 10:02 2019-08-09

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlərin nəticələrini elan edib.

Tələbə adı qazanan şəxslər 2019-cu il avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.


Dövlət İmtahan Mərkəzindən Unikal.org-a verilən məlumata görə, ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 nəfər (o cümlədən 586 subbakalavr) dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq. 


Unikal.org Modern.az istinadən xəbər verir ki, bu il tələbə adı qazanmış gənclər arasında xeyli jurnalist övladı da var.



Jurnalistlər Fərəh Sabirqızı və Məğrur Əliyev də bu gündən tələbə valideynləri sayılırlar. Onları qızı Fidan Əliyeva Bakı Dövlət Universitetində jurnalistika ixtisasına ingilis dilində yiyələnəcək.
 

Unikal.org saytının əməkdaşı Hüseyn İsgəndərovun qızı Ləman İsgəndərova da tələbə olanlar sırasındadır. O Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinə qəbul olub. 


Bu ildən ali məktəbdə təhsil alacaq tələbələr sırasında jurnalist Azər Rəşidoğlunun oğlu Rəşid də olaacq. O, Bakı Dövlət Universitetində dövlət sifarişi əsasında Regionşünaslıq (Amerika üzrə əyani) oxuyacaq.

FED.az biznes portalının redaktoru Əli Əhmədovun oğlu Cavidan da tələbələr sırasına qoşulub. Cavidan ADA Universitetində biznesin idarəedilməsi ixtisası üzrə təhsil alacaq.


Qızının ali məktəbə daxil olmasına sevinən valideynlərdən biri də "Region plus" jurnalının baş redaktoru Namiq Mayılovdur.  Onun qızı Fidan Mayılova Dövlət İqtisad Universitetində biznesin idarəedilməsi (türk dilində) ixtisası üzrə təhsil alacaq. 


Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov da sevincli anlar yaşayır. Onun oğlu  Oqtay Dövlət İqtisad Universitetində Maliyə və kredit ixtisasına sahiblənəcək. 
 


“Xalq Cəbhəsi” qəzetinin redaktoru Mahir Zeynalovun qızı Gülnur Zeynallı isə Qərb Universitetinin Biologiya ixtisasına qəbul olub.


Aznews.az saytının baş redaktoru Taleh Şahsuvarov da bu gün xoşbəxt atalardandır. Onun qızı Türkay Şahsuvarlı Bakı Dövlət Universitetinin  Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində tədris ingilis dilində olan iqtisadiyyat ixtisasına yiyələnəcək. 


“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin mətbuat katibi Məqsəd Rəhimovun qızı Leyla Rəhimova da tələbə olub. O, Bakı Dövlət Universitetinin Psixologiya fakültəsində dovlət sifarişli təhsil hüququ qazanıb. 


Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyevanın oğlu Murad da bu ildən ali məktəbin tələbəsi kimi dərsə gedəcək.
 


Bakı Avrasiya Universitetinin mətbuat katibi Şəfayət Avılbəylinin oğlu Nihat Əliyev builki qəbul imtahanlarında 420 bal toplayıb. O, Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə qəbul olunub.