Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumata görə, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Neftçala rayonu Qədimkənd kənd sakini, 1983-cü il təvəllüdlü Əbülfəz Kərimov idarə etdiyi “KİA Sportage” markalı, 90-NC-794 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı istiqamətinə hərəkət edərkən yolu keçən, Sabirabad rayonu Nuranı kənd sakini, 1970-ci il təvəllüdlü Novruz Novruzovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.