23 Oktyabr 2019
Səttar Möhbalıyev Qarabağ veteranları ilə görüşdü - FOTO
Səttar Möhbalıyev Qarabağ veteranları  ilə görüşdü -FOTO CƏMİYYƏT 12:46 2019-08-09

Avqustun 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Qurban bayramı ərəfəsində əlillər, müharibə veteranları və şəhid ailələri ilə görüşüb.

Unikal.org xəbər verir ki, AHİK sədri onları, eyni zamanda xalqımızı Müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, hər birinin problemləri ilə tanış olub.

S. Möhbalıyev dövlətimizin Qarabağ müharibəsi iştirakçılarına, şəhid olmuş insanların ailə üzvlərinə, əlillərə, eləcə də aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Onların problemlərini, iş, məişət qayğılarını daim diqqətdə saxlayan ölkə başçısı cənab İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban Əliyevanın bu sahəyə xüsusi diqqət yetirdiyini bildirib.

Aparılan bu genişmiqyaslı islahatlar dövlətimizin vətəndaşlara olan diqqət və qayğısıdır, əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir. Son dövürlərdə imzalanmış sərəncamlar - minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının orta hesabla 50% artırılıması, pensiyaların minimum məbləğinin 160 manatdan 200 manata qaldırılması, hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40% yüksəldilməsi bunun baris nümunəsidir. Artım eləcə də şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlərdə özünü göstərib. Bundan başqa ölkənin müxtəlif şəhər və bölgələrində bu insanlar üçün yüzdən çox şəhərcik salınıb. Təkcə keçən il 5800-dən çox məcburi köçkün ailəsinə yeni evlər və mənzillər verilib. Bu göstərici ondan əvvəlki illərdə verilən ev və mənzillərin sayını üstələyib. Bununla yanaşı, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 620-dən çox mənzil təqdim edilib. Bu proses bundan sonra da davam edəcəkdir. 

Sonra sədr görüşdə iştirak edən insanların müraciətlərini dinləyib, öz təkliflərini verib. Qarşılaşdıqları problemlərin həllində onlara müəyyən imkan daxilində köməklik göstəriləcəyini bildirib. Görüşdə iştirak edənlər Səttar Möhbalıyevə öz minnətdarlıqlarını bildiriblər.

Tədbirdən sonra iştirak edənlərin hər birinə maddi yardımlar təqdim edilib. 


  • Səttar Möhbalıyev Qarabağ veteranları  ilə görüşdü -FOTO
  • Səttar Möhbalıyev Qarabağ veteranları  ilə görüşdü -FOTO
  • Səttar Möhbalıyev Qarabağ veteranları  ilə görüşdü -FOTO
  • Səttar Möhbalıyev Qarabağ veteranları  ilə görüşdü -FOTO