İmişli rayonundafərdi yaşayış evi yanıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, rayonun "Depo" məhəlləsində baş verib.

Belə ki, həmin ünvanda yerləşən, 1980-cı il təvəllüdlü Elnur Ayazxan oğluna Ələkbərova məxsus fərdi yaşayış evində başlayan alov anidən güclənib. Ümumi sahəsi 220 kvadratmetr olan evin 165 metr kvadratmetr sahədə tavan hissəsi və dam örtüyü yanaraq külə dönüb. Hadisə yerinə yanğınsöndürənlər gəliv və yanğın söndürülüb.

Faktla bağlı araşdırmalara başanılıb.