“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında Kiprin APOEL klubu ilə qarşılaşacaq.

Unikal.org klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, artıq biletlərin 8 mindən çoxu satılıb. Biletlər dünəndən satışa çıxarılıb.

“Qarabağ” – APOEL matçı avqustun 13-də, saat 20:30-da start götürəcək. Komandalar arasındakı ilk matç Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.