06 Dekabr 2019
05 Dekabr 2019
Azərbaycanda məhkumdan qumbara götürüldü
Azərbaycanda məhkumdan qumbara götürüldü KRİMİNAL 14:34 2019-08-09

Cəlilabad sakinindən xeyli sayda silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Y.Məmmədovun yaşadığı Göytəpə şəhərindəki evə baxış zamanı 1 ədəd qumbara, 4 ədəd tapança patronu, 1 ədəd patron darağı və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.