21 Sentyabr 2019
20 Sentyabr 2019
"Əliyev Ərdoğana zəng edərək, bu gözəl xəbəri dedi"
"Əliyev Ərdoğana zəng edərək, bu gözəl xəbəri dedi" SİYASƏT 14:53 2019-08-09

"Azərbaycanın Türkiyə ilə viza rejimini ləğv etməsi çox yaxşı oldu."
Unikal.org xəbər verir ki, bu sözləri Türkiyə Xarici işlər naziri Mövlüd Çavuşoğlu deyib. O, Orta Asiyadakı Türk dövlətləri ilə vizaların liberallaşdırılması ilə əlaqədar məsələlərə də münasibət bildirib:
"Coğrafi ərazi kimi Özbəkistanla Türkiyə əlaqələrinin hansı səviyyəyə gəldiyini görürsünüz. Biz o qardaş ölkələrin vətəndaşları üçün vizaları ləğv etdik. Lakin o ölkələrin öz dinamikası var.

Bu bizə istiqamətli bir şey deyil və digər ölkələrin də özlərinin siyasəti var.

Biz qardaş ölkələrlə vizanı dayandırdıq.

Bəs o ölkələr niyə bu addımı atmır?

Bu məqamda Azərbaycanın Türkiyə vətəndaşlarına vizasız gediş-gəliş icazəsi verməsi çox mənalı oldu. Hörmətli, Azərbaycan prezident İlham Əliyev Ərdoğana zəng edərək, bu gözəl xəbəri dedi. Qardaşımız, Azərbaycanın səfiri, sentyabrın 1-dən etibarən vizaların ləğvi dair  sənədlərlə nazirliyimizə gəldi. Azərbaycanın bizim üçün vizanı ləğv etməsi çox mənalı idi. Türk məclisinin məqsədi budur və ticarətimizdəki bütün maneələri aradan qaldırmaq istəyirik. "