"Fənərbaxça" hazırlıq matçında İtaliyanın " Kalyari"  klubu ilə üz-üzə gəlib.  

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2:2 hesabla bərabərliklə başa çatan matçda tribunadakı "Fənərbaxça" tərəfdarı hər kəsin diqqətini çəkib. 
Belə ki, Kadıköydəki matçı seyr edən "Fənərbaxça"lı bir tərəfdarın Volkan Dəmirəlin həyat yoldaşı Zeynep Dəmirələ bənzərliyi diqqət çəkib. 
Tərəfdarların da diqqətini çəkən qadın kameraların obyektivindən də yan keçməyib. 

Qeyd edək ki, "Sarı lacivəntli" komanda  Ülker Şükrü Saraçoğlu Stadında oynanan matça Altay, Isla, Jailson, Sadiq, Dirar, Ozan Tufan, Emre, Kruse, Rodrigues, Moses, Vedat Muriqidən ibarət "11-lik"lə  çıxıb.