Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Unikal.org xəbər verir ki, rayonun sakinlərinin, bələdiyyə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirak etdiyi qəbulda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Nərimanovda da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini vurğulayıb. 

Səyyar qəbulda çıxış edən sakinlərin müxtəlif məsələlərlə əlaqədar problemləri dinlənilib, onların rəy və təklifləri nəzərə alınıb, bəzi müraciətlərin həlli yerindəcə reallaşdırılıb.

Sonda rayon icra hakimiyyətinin başçısı, sakinlər tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.