06 Dekabr 2019
Bakıda işıqlandırma sisteminin qurğularını oğurlayan şəxs tutuldu
Bakıda işıqlandırma sisteminin qurğularını oğurlayan şəxs tutuldu KRİMİNAL 17:44 2019-08-09

Zuğulba-Bilgəh yolunun kənarındakı işıqlandırma sistemindən ümumi dəyəri 320 manat olan bir tənzimləyici və iki maqnit buraxıcını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Çernov Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildiriblər ki, aparılmış əməliyyat tədbirləri ilə onun iyulun 16-da Mərdəkan qəsəbəsi ərazisindəki MMC-lərdən birinə məxsus iki paylayıcı qurğudan 540 manat dəyərində kontaktor, rele və maqnit buraxıcısı oğurladığı da müəyyənləşib.

Faktla bağlı araşdırmalar davam etdirilir.