Pirşağıda dənizə doğru uzanan 5 villanın hasarı sökülüb.

Unikal.org xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu  "Feysbuk" sosial şəbəkəsində məlumat yayıb.

E. Şahinoğlu qeyd edib ki, 5 villanın  Xəzərin içinə qədər uzanan hasarlarının dənizə yolu qapadan hissəsi artıq sökülüb: "Pirşağının dəniz sahilində gəzişərkən ən bərk gedən 5 villanın Xəzərin içinə qədər uzanan hasarlarının dənizə yolu qapadan hissəsinin artıq söküldüyünü müşahidə etdim. Həyatımda ilk dəfə dənizin hasarlardan azad olan hissəsinə ayaq basdım, gəzişdim və ölçməyə başladım. Kubikdən tikilən hasarların dənizə uzanan hissəsləri 20-30 metr arasında sökülüb".