14 Noyabr 2019
Səsyazma studiyasının rəhbəri müştərini və arvadını DÖYDÜ
Səsyazma studiyasının rəhbəri müştərini və arvadınıDÖYDÜ HADİSƏ 23:29 2019-08-09

Xətai rayonunda döyülmə hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Xətai rayonunda yerləşən səsyazma studiyalarının birində müştəri, 1986-ci il təvəllüdlü Vasif Xıdırov və onun həyat yoldaşı 1988-ci il təvəllüdlü Şəbnəm Xıdırova döyülüb.

Zərərçəkmiş şəxslərin Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına verdiyi izahata görə, onları studiyanın rəhbəri Kamran adlı şəxs döyüb.

Xətai RPİ tərəfindən cinayət məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.