Sabunçu rayonu Bakıxanov qəsəbəsində bıçaqlanma hadisəsi olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Bayramov Fərhad Əli oğlu və 2000-ci il təvəllüdlü Xəlilov Pərviz Elxan oğlu naməlum şəxs tərəfindən bıçaqlanıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya gətirilib. 

Bayramov Fərhada sağ döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, Xəlilov Pərvizə isə sol sağrı nahiyyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. 

Faktla bağlı araşdırma aparılır.