Yəmənin Aden şəhərində prezident sarayının təhlükəsizlik qrupunun düşərgəsində baş verən toqquşmalarda 30 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb. 

Kanal bildirib ki, düşərgə artıq keçid şurasının nəzarətindədir. 

Şura rəhbərinin müavini Hani ben Brek, dördüncü briqadanın separatçıların nəzarətinə keçdiyini təsdiqləyib.