Nəsimi rayonunda 4 yaşlı uşaq ehtiyatsızlıqdan eyvandan yıxılıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, Nəsimi rayonu Hənifə Ələsgərov 11 ünvanında yaşayan 2015-ci il təvəllüdlü Məhərrəmov Hüseyn Kənan oğlu 2-ci mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Ona hər iki almacıq və çənə sümüyünün sınığı diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib. 4 yaşlı uşağın vəziyyətinin ağır olduğu bildirilir.