21 Avqust 2019
20 Avqust 2019
Azərbaycanlı aparıcı 45 milyona meşə aldı - FOTO
Azərbaycanlı aparıcı 45 milyona meşə aldı -FOTO DÜNYA 10:37 2019-08-10

Rusiyanın məşhur "Проект" portalı aparıcı Nailə Əsgər-zadə ilə bağlı xəbər yayıb.

Unikal.org axsam.az-a istinadən xəbər verir ki, aparıcının Rublevke tərəfdə Razdorı kəndi ərazisində meşə sahəsi satın aldığı bildirilib.

43 min kvatratmetrlik ərazi Mixayil Qorbaçov, Boris Yelsin kimi şəxslərin qaldığı "Барвиха-4" qonaq evinin yaxınlığında yerləşir. Aparıcının aldığı ərazidə qırmızı kitaba düşən heyvanlar da var. Ərazinin qiyməti 45 milyon dollardır.

Nailə ərazini ötən il alsa da, bununla bağlı jurnalistlərin sualına "yox" cavabını vermişdi. Hazırda isə "Проект"in məsələəilə bağlı fikirlərinə Əsgər-zadə gülmək emojisi ilə reaksiya verib.

 

Mənbə eyni zamanda qeyd edib ki, azərbaycanlı aparıcının 2011-ci ildə aldığı, ərazisi 228 kvadratmetr olan evi var. O, 2014-cü ildə qonşuluqda olan 155 kvadratmetrlik ərazini də alaraq, mülkünə daxil edib. Həmin evin qiyməti 300 milyon rubıldır (təxminən 7,87 milyon manat).

Əsgər-zadə formal olaraq dövlət kanalında çalışsa da, rəsmi olaraq dövlət qulluqçusu deyil. Onun aylıq maaşının bir neçə mindən artıq olmadığı vurğulanıb. Bildirilib ki, Nailə təxmini olaraq 1530 dollar maaş alır.


  • Azərbaycanlı aparıcı 45 milyona meşə aldı -FOTO