AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Zaqatalada baş verən zəlzələ barədə növbəti məlumat yayıb.

RSXM-dan Unikal.org-a verilən xəbərdə bildirilir ki, ilkin məlumatlara əsasən yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

12:33

xxx

Zaqatalada 4,9 ballıq zəlzələ olub. 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a bildirilib ki, təkanlar yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində qeydə alınıb.

Maqnituda 4.9, dərinliyi 2 km olan zəlzələ hiss olunub. 

11:48

xxx

Qax, Balakən və Zaqatala ərazisində zəlzələ olub.

Unikal.org xəbər verir ki, yeraltı təkanlar hiss olunub. 

Məlumatı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən təsdiqləyiblər.