Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat ximətindən Unikal.org-a verilən məlumata görə, avqsutun 9-da saat 2 radələrində Astara rayonunun Şüvi kəndi ərazisində kənd sakini İntiqam İsrafilov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. 

Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.