Qazax rayonu, Cəfərli kəndi döyüş sursatları tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Akentlikdən Unikal.org-a verilən məlumata görə, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat bildirilib.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib və 2 ədəd üzərində partladıcısı olan və 3 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan 37 mm-lik top mərmiləri (BR-167) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.Top mərmilərinin ətrafında 250 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.