Bakının Suraxanı rayonunda piyadanı avtomobil vurub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan yolunda qeydə alınıb.

Yolu keçən zaman minik avtomobilinin zərbəsi ilə üzləşən 70 yaşlı Abbasova Elnurə Məmmədəli qızı xəstəxanaya yerləşdirilib. Ona sol budun sınığı diaqnozu qoyulub.

Yol qəzasının təfərrüatları araşdırılır.