Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkəsində yaşayan müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib.

Unikal.org Rusiya mətbuatına istinadən bildirir ki, Prezident onlara sülh, xoşbəxtlik və firavanlıq arzulayıb.
Təbrik məktubunda deyilir:
“Bu bayram insanlar arasında birlik, sevgi, mehribanlıq və mərhəmət dəyərlərinin möhkəmlənməsinə xidmət edir. Sevindirici haldır ki, Rusiya müsəlmanları öz ata-babalarının zəngin mədəni və mənəvi irsini qoruyur, gənc nəslə əcdadlarının tarixinə, adət-ənənələrinə hörmət etməyi öyrədirlər”.