Bu gün Qurban bayramı münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ənənəvi olaraq qurbanlar kəsilib və rayonda Böyük Vətən müharibəsi iştirakçılarına, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri üzvlərinə, ağsaqqallara, imkansız və aztəminatlı ailələrə, ümumilikdə iki minə yaxın ailəyə qurban payı paylanılıb.

Qurumdan Unikal.org-a verilən məlumata görə, davam edən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova aztəminatlı ailələrlə görüşüb, onları bayram münasibətilə təbrik edib. 

Tədbirdə iştirak edən aztəminatlı ailələr dövlət başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.