18 Sentyabr 2019
17 Sentyabr 2019
Azərbaycan tankçıları finala bir pillə də yaxınlaşdı - VİDEO
Azərbaycan tankçıları finala bir pillə də yaxınlaşdı -VİDEO SİYASƏT 16:55 2019-08-11

Moskva vilayətinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycan tankçıları finala bir pillə də yaxınlaşıb. 

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Birinci divizionun ilk yarışında Azərbaycan, Qazaxıstan, Çin və Serbiya komandaları iştirak ediblər. Yağışlı və küləkli əlverişsiz hava şəraitinə baxmayaraq tankçılarımız qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər. 

Yarışın nəticələrinə əsasən estafeti birinci yerdə Qazaxıstan, ikinci yerdə Azərbaycan, üçüncü yerdə Çin və dördüncü yerdə Serbiya komandası başa vurub. 

Avqustun 12-də birinci divizionun ikinci yarışı keçiriləcək.