Tovuzda intihar məqsədilə özünü körpüdən atan qızın şəxsiyyəti məlum olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Heydər Əliyev prospektində, Tovuz çayının üzərində yerləşən körpüdən özünü atan 2001-ci il təvəllüdlü Həsənova Kifayət Məhəmməd qızı olub.

Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən K. Həsənovanın vəziyyəti ağırdır.

xxx

Tovuz rayonunda intihara cəhd hadisəsi baş verib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir  kimliyi məlum olmayan, 18-20 yaşında qız özünü körpüdən çaya atıb. İnsident Tovuzçayın Tovuz şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Ağır bədən xəsarətləri alan qız xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

İntihara cəhdin səbəbləri və qızın kimliyi araşdırılır.