18 Sentyabr 2019
17 Sentyabr 2019
Bir ailənin 4 üzvü qarpızdan zəhərləndi - VİDEO
Bir ailənin 4 üzvü qarpızdan zəhərləndi -VİDEO HADİSƏ 20:08 2019-08-11

Mingəçevirdə 4 nəfər zəhərlənib.

Unikal.org xəbər verir ki, hadisə şəhərin Günəş küçəsində baş verib.

Süfrə başında qarpız yeyən bir ailənin 4 üzvünün halı qəfil pisləşib. Şəhər sakinləri Eldar Şərifov, Fəridə Kərimova, Tünzalə və İlhamə Şərifovalar dərhal xəstəxanaya çatdırılıblar.

Zərərçəkənlərə tibb yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Həkim Arzu Əliyeva xəstələrin vəziyyəti barədə açıqlama verib.