23 Oktyabr 2019
Nazir sektor müdirinə yüksək vəzifə verdi - FOTO
Nazir sektor müdirinə yüksək vəzifə verdi -FOTO CƏMİYYƏT 20:48 2019-08-11

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində kadr dəyişikliyi həyata keçirilib.   

Unikal.org xəbər verir ki, nazir Sahil Babayevin əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin müdiri Firdovsi Bədəlov tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmriylə uzun müddət Sumqayıt şəhər şöbəsində Mühasibatlıq sektorunun müdiri vəzifəsində çalışan Ceyhun Süleymanov şöbənin müdiri təyin edilib.

 


  • Nazir sektor müdirinə yüksək vəzifə verdi -FOTO