Qax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında rayonun Zəyəm kənd sakini, 2003-cü il təvəllüdlü Aysun Mahir qızı Muradlı qarın boşluğunda iki bıçaq yarası xəsarəti ilə Qax rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən verilən məlumatda bildirilir ki, A.Muradlı xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilib, hazırda müayinə olunur.

Faktla bağlı araşdırma aparılır.