Futbol üzrə İngiltərə Premyer Liqasının yeni mövsümdə birinci turunun növbəti oyunları keçirilib.

Unikal.org xəbər verir ki, "Old Trafford" stadionunda "Mançester Yunayted"lə "Çelsi" üz-üzə gəlib.

Frenk Lempardın rəhbərliyi altında ilk rəsmi oyununa çıxan "Çelsi" darmadağınla üzləşib. Matç ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda qolları Reşford (18 və 67-ci dəqiqələrdə), Marsyal (65) və Ceyms (81) vurub.

Qələbə sayəsində ilk üç xalını qazanan "Mançester Yunayted" ikinci pilləyə yüksəlib və yalnız qol sayına "Mançester Siti"dən (5 qol) geri qalır.