Xarkov baletinin aparıcı solisti Svetlana İsakova avtomobil qəzasında həlak olub. Onun 30 yaşı var idi.

Unikal.org-un Rusiya mətbuatına istinadən xəbərinə görə, balerinanın ölümü barədə Lısenko adına Xarkov Milli Akademik opera və balet teatrının baş direktoru Oleq Orişenko "Facebook"-da məlumat verib. Onun sözlərinə əsasən, qəza Poltava vilayətində, gecə saatlarında baş verib. İsakova əri ilə birlikdə Borispol-Xarkov marşrutu ilə İtaliyadan istirahətdən qayıdırmış.

Balerina çoxsaylı travma ilə xəstəxanaya çatdırılıb. Həkimlər onu xilas edə bilməyiblər.