21 Avqust 2019
20 Avqust 2019
Sabunçuda ər hamilə arvadına 19 bıçaq VURDU
Sabunçuda ər hamilə arvadına 19 bıçaqVURDU KRİMİNAL 10:13 2019-08-12

Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, üç aylıq hamilə olan 1988-ci il təvəllüdlü Maştağa qəsəbə sakini Məmmədova Günay ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı "təcili yardım" maşını ilə xəstəxanaya yerləşdirilərək, həkim nəzarətinə götürülüb. Üzərində 19 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilən qadın cərrahi əməliyyat olunub. O, vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib.

G.Məmmədovanın həyat yoldaşı onun doğma əmisi oğludur. Onların 4 övladı var.