16 Oktyabr 2019
İki avtomobil toqquşub: ölən var
İki avtomobil toqquşub:ölən var HADİSƏ 12:25 2019-08-12

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, avqustun 10-da saat 16 radələrində Salyan rayonunun Noxudlu kəndi ərazisində Yardımlı rayon sakini C.Yarıyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıda gedən Sumqayıt şəhər sakini M.Məmmədovun idarə etdiyi “BMW” markalı avtomobilə vurub.

Nəticədə C.Yarıyev və sərnişini, oğlu Sadiq xəstəxanaya yerləşdirilib. Sadiq orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.