22 Oktyabr 2019
21 Oktyabr 2019
“Rustavi 2” televiziya kanalı satışa çıxarıldı
“Rustavi 2” televiziya kanalı satışa çıxarıldı DÜNYA 13:53 2019-08-12

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalı satışa çıxarılıb.

Unikal.org xəbər verir ki, bu barədə televiziyanın sahibi, iş adamı Kibar Xalvaşi bəyanat yayıb.

O, televiziyanın ən yüksək qiymət təklif edəcək şəxsə satılacağını bildirib.

K.Xalvaşi “Rustavi 2”nin ciddi maliyyə böhranı yaşadığını qeyd edib.

Kanal rəhbəri ciddi niyyəti olan və 1 milyon dollar bank zəmanəti təqdim edəcək şəxslərlə müzakirə aparmağa hazır olduğunu deyib.

O, “Rustavi 2” kanalının yenidən uğurlu şirkət olacağına ümid etdiyini vurğulayıb.