Türkiyənin Kastamonu vilayətinin Subaşı kəndində iki qəssab arasında qiymət üstündə dava baş verib. 

Unikal.org İHA-ya istinadən xəbər verir ki, qəssablıq edən Terzi və Civelekoğlu ailələri arasında baş verən qanlı olay zamanı silahdan və bıçaqdan istifadə edilib. Dava zamanı Abdullah Terzi (41), Ecevit Terzi (45), Alaattin Terzi (46) və Adem Civelekoğlu (40) yaralanıb. Yaralılar, olay yerinə çağırılan təcili yardım maşınları ilə xəstəxanaya aparılıblar. Yaralılardan Adem Civelekoğlu ilə Alaattin Terzinin vəziyyətinin ağır olduğu deyilir.

Polis araşdırmaya başlayıb.