14 Oktyabr 2019
Prezidentlərin Soçi görüşü təxirə salındı - SƏBƏB
Prezidentlərin Soçi görüşü təxirə salındı -SƏBƏB SİYASƏT 16:39 2019-08-12

Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhaninin avqustun 14-də Soçidə keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

Unikal.org-un  “RİA Novosti” yə istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu həftə keçirilməsi planlaşdırılan Rusiya, Azərbaycan və İran prezidentlərinin zirvə görüşü texniki səbəblərə görə təxirə salınıb”, - deyə o əlavə edib.