26 Avqust 2019
25 Avqust 2019
Gürcüstanda meşə yandı
Gürcüstanda meşə yandı DÜNYA 20:14 2019-08-12

Gürcüstanın Laqodexi rayonunda meşə yanğını olub.

Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Hallar İdarəsinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, Matsimi kəndi yaxınlığında baş verən meşə yanğınının söndürülməsi məqsədi ilə əraziyə təcili yanğınsöndürmə və xilasetmə briqadaları cəlb edilib. Yanğın tez bir zamanda lokallaşdırılıb və söndürülüb. Ərazidə monitorinq və ehtiyat tədbir kimi bir yanğınsöndürmə briqadası saxlanılıb.

Yanğın nəticəsində xəsarət alan olmayıb.