21 Avqust 2019
20 Avqust 2019
81 yaşlı qocanın evində silah arsenalı aşkarlandı - Foto
81 yaşlı qocanın evində silah arsenalı aşkarlandı -Foto DÜNYA 23:02 2019-08-12

Xorvatiyada polis əməkdaşları 81 yaşlı qocanın evində xeyli miqdarda silah-sursat aşkarlayıb.

Unikal.org  bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə Belovar şəhərində baş verib.

Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 81 yaşlı sakindən polisə 40 yaşlı qadın şikayət edib. Qadın bildirib ki, qoca dəfələrlə onun evinə zəng edib və mənzilinə soxulmaq istəyib.

Polisin qocanın evində apardığı axtarış zamanı mənzildən 1 ədəd əl qumbaraatanı, 15 əl qumbarası, 20 millimetr kalibrli 3 mərmi, 2 ədəd avtomat, 2 ədəd yarımavtomat silahı, 1 ədəd tüfəng, 1 ədəd kiçik kalibrli tüfəng, 10 ədəd tapança, 8986 ədəd müxtəlif kalibrli patronlar, habelə digər tüfəng və atıcı silah növləri aşkarlanıb.

Silahların qanunsuz saxlanıldığı məlum olub və onların hamısı müsadirə edilib.


  • 81 yaşlı qocanın evində silah arsenalı aşkarlandı -Foto