Bu gücə Azərbaycanın bir sıra ərazilərində yanğın hadisəsi olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Ağcabədi rayonunda ümumi sahəsi 204 m² olan mağazanın içərisində 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 34 m² sahədə əriyib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Füzuli rayonunun Horadiz şəhərində ümumi sahəsi 252 m² olan ikimərtəbəli 8 otaqlı evin 6 otağının yanar konstruksiyaları və dam örtüyü 198 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Salyan rayonu, Ələt-Astara yolunun 60-cı kilometrliyində "ГАЗ" markalı minik avtomobilin idarəetmə lövhəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.