20 Oktyabr 2019
19 Oktyabr 2019
Təxirə salınan görüşlə bağlı AÇIQLAMA
Təxirə salınan görüşlə bağlıAÇIQLAMA SİYASƏT 15:36 2019-08-13

Sabah avqustun 14-də Soçidə baş tutması planlaşdırılan Rusiya-Azərbaycan-İran sammitinin təxirə salınması ilə bağlı Kreml yeni bəyanatla çıxış edib.

Unikal.org TASS-a istinadla xəbər verir ki, prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında sammitin “prezidentlərin qrafiki ilə bağlı” təxirə düşdüyünü bildirib.

“Bu üç dövlət başçısının işçi qrafiklərinin daha detallı koordinasiyasının zəruriliyi ilə bağlıdır. Bu diplomatik kanallarla baş verəndən sonra  sizə görüşün yeni tarixini deyəcəyik”,-Peskov bildirib.