23 Oktyabr 2019
22 Oktyabr 2019
Ərdoğan İlham Əliyevlə telfonla danışdı: İlk zəngi...
Ərdoğan İlham Əliyevlə telfonla danışdı:İlk zəngi... SİYASƏT 15:53 2019-08-13

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə Azərbaycan prezideti İlham Əliyevə zəng edib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatı məlumat yayıb. Məlumatda bildirilir ki, Ərdoğan Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etmiş, xalqımıza firavanlıq arzularını çatdırmışdır.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirmiş, öz növbəsində, Türkiyə Prezidenti və Türkiyə xalqını Qurban bayramı münasibətilə təbrik etmiş, Türkiyə xalqına əmin-amanlıq və tərəqqi arzulamışdır.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildirmişlər.

Qeyd edək ki, Ərdoğan ilk Qurban bayramı təbrikinə görə İlham Əliyevə və daha sonra  Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani, Özbəkistan prezidenti Savkat Mirziyoyev, İran prezidenti Həsən Ruhani, Pakistanın baş naziri İmran Xan, Küveyt Əmiri Şeyx Sabah, Fələstin Dövlət Başçısı Mahmud Abbas, Qırğızıstan prezidenti Sooronbay Ceenbekov və Qazaxıstanın Qurucu prezidenti Nursultan Nazarbayevə zəng edib.  

Liderlər qarışılıqlı olaraq bir-birlərini və xalqlarını təbrik ediblər.