26 Avqust 2019
25 Avqust 2019
Qəzada bir nəfər xəsarət aldı - Salyanda
Qəzada bir nəfər xəsarət aldı- Salyanda HADİSƏ 20:07 2019-08-13

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org “Report”a istinadən xəvər verir ki,  hadisə bu gün axşam saatlarında rayonun Kürsəngi kənd ərazisində qeydə alınıb.

Belə ki, Şəkinin Aran kənd sakini, 1966-ci il təvəllüdlü Əhmədov Valeh Yasin oğlu idarə etdiyi minik avtomobilini saxlayıb. Maşından düşüb yolu keçmək istəyərkən digər avtomobil onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.