26 Avqust 2019
25 Avqust 2019
Yenə qaz olmayacaq
Yenə qaz olmayacaq CƏMİYYƏT 09:30 2019-08-14

Bu gün səhər saat 09:00-dan işlər başa çatanadək Şəmkir rayonunun Çinarlı qəsəbəsi və bir neçə kənddə qaz təchizatı dayandırılıb.

Unikal.org xəbər verir ki, bununla bağlı “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bu müddət ərzində Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi və digər işlər icra ediləcək.

Bu gün saat 10:00-dan 18:00-dək isə Lənkəran qaz paylayıcı stansiyasında ölçü qovşağının dəyişdirilməsi ilə əlaqədar olaraq Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatında məhdudiyyətlər olacaq.