22 Noyabr 2019
Aşura gününün vaxtı açıqlandı
Aşura gününün vaxtı açıqlandı CƏMİYYƏT 12:42 2019-08-14

Sentyabrın 1-i Məhərrəm ayı başlayacaq.

Bu barədə Unikal.org-a Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev məlumat verib.

Onun sözlərinə görə, Məhərrəm ayı sentyabrın 29-da başa çatacaq:

“Bu il Məhərrəm ayı sentyabrın 1-dən 29-na qədər davam edəcək. Məhərrəm ayının 10-cu günü Aşuraya təsadüf edəcək. Məhərrəm ayı başa çatdıqdan sonra Səfər ayı başlayacaq.

Səfər ayı isə oktyabr ayının 29-da başa çatacaq”.