14 Oktyabr 2019
Hövsan qızlarına söz atan gənclər polisə çağrıldı - RƏSMİ (VİDEO)
Hövsan qızlarına söz atan gənclər polisə çağrıldı -RƏSMİ  (VİDEO) CƏMİYYƏT 12:42 2019-08-14

Sosial şəbəkədə Hövsan qəsəbəsinin qızları ilə  bağlı xoşagəlməz ifadələr işlədən gənclərin şəxsiyyəti müəyyənləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev Unikal.org-a bildirib ki, sözügedən videogörüntüdəki şəxslər 2004-cü il təvəllüdlü Məmmədov Mehdixan və 1992-ci il təvəllüdlü Məmmədli İlkindir. E.Hacıyev bildirib ki, hər iki şəxs Suraxanı rayon 30-cu PB-nə dəvət edilərək, onlarla profilaktik söhbət aparılıb və hərkətlərinin qanuna zidd olduğu diqqətlərinə çatdırılıb. 

Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkədə yayılan görüntüdəki şəxslərdən biri - Məmmədli İlkin sonradan Hövsan sakinlərindən üzr istəyib.