Bakıda fiziki məhdudiyyətli qadın itkin düşüb.

Unikal.org xəbər verir ki, polisə paytaxtın Suraxanı rayonunda yaşayan, 1992-ci il təvəllüdlü Təranə Şıxıyevanın yaşadığı evdən çıxıb getməsi və bir daha geri qayıtmaması barədə məlumat daxil olub. Onun fiziki məhdudiyyətli şəxs olduğu bildirilir.

Hazırda T.Şıxıyevanın tapılması istiqamətində axtarışlar davam etdirilir.