Türkiyənin Dənizli şəhərinin Çardak ilçəsində 3,8 bal gücündə zəlzələ baş verib.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla 14:29-da qeydə alınıb.

Zəlzələ ocağı 11,5 km dərinlikdə yerləşib. Qısa müddət davam edən təkanlar əhali arasında panikaya səbəb olub.