18 Sentyabr 2019
17 Sentyabr 2019
Nazir müavini korrupsiyaya görə həbs olundu - FOTO
Nazir müavini korrupsiyaya görə həbs olundu -FOTO DÜNYA 00:57 2019-08-15

Ukraynanın Milli Korrupsiya əleyhinə Bürosunun xəfiyyələri müvəqqəti nəzarətsiz ərazi məsələləri üzrə nazir müavini Yuri Qrımçakı və onun köməkçisini həbs edib.

Unikal.org  “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumun “Facebook” səhifəsində yayılmış məlumatda bildirilir.

“Həmin şəxslər dövlət vəzifələrinin yerinə yetirilməsində onlara təsir göstərilməsini iddia edərək hüquqi şəxsin nümayəndəsindən 1,1 milyon dollar məbləğində qanunsuz pul tələb ediblər”, - deyə məlumatda qeyd olunub.

Ukraynanın Milli Korrupsiyaəleyhinə Bürosundan bildirilib ki, fakt Ukrayna Təhlükəsizlik Xidməti və Baş Prokurorluq tərəfindən birgə araşdırılır.


  • Nazir müavini korrupsiyaya görə həbs olundu -FOTO