Zaqatalada keçmiş məhkum 42 yaşlı kişini bir yumruqla qətlə yetirib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə avqustun 14-dən 15-ə keçən gecə rayonun Kəpənəkçi kənd inzibati ərazisində baş verib. Belə ki, rayonun Qandax kənd sakini, 1982-ci il təvəllüdlü Kərim Bəhram oğlu Kərimovla rayonun Kəpənəkçi kənd sakini Telman Hacı oğlu Hacıyev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı K. Kərimov T. Hacıyevin baş nahiyəsinə yumruq zərbəsi vurub. T. Hacıyev aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisəni törətməkdə şübhəli sayılan K. Kərimov saxlanılıb. Məlumatda bildirilir ki, K. Kərimov əvvəllər Rusiya Fedarasiyasında cinayət törətdiyinə görə məhkum edilib. 

Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Zaqatala rayon şöbəsinə verilib.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb.