Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən bu gün səhər saatlarından etibarən Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə qurbanlıq heyvanların satışına icazə verilmiş yerlərdə dezinfeksiya tədbirinə başlanılıb.

Artıq Abşeron rayonunda 5,Şəmkir rayonunda müvafiq qurumlar tərəfindən müəyyən edilmiş diri heyvanların satışının və kəsiminin aparıldığı 2 yerdə ödənişsiz əsaslarla dezinfeksiyası tədbirləri yekunlaşıb.

Unikal.org xəbər verir ki, infeksion və invazion xəstəliklərin qarşısının alınması məqsədlə aparılan dezinfeksiya işində kimyəvi məhlullar əraziyə xüsusimaşınlarla güclü axın şəklində səpilib, eləcə də mexaniki dezinfeksiyaedici qurğulardan istifadə edilməklə aparılıb.

Obyektlər dezinfeksiya tədbirlərindən sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib, bununla da heyvan satışı üçün ərazilərin baytarlıq-sanitariya cəhətdən yararlığı təmin olunub.

Qeyd edək ki, bu tədbir digər rayon və şəhərlərdə ardıcıl şəkildə davam etdirilir. Tədbirin avqustun 16-da yekunlaşması nəzərdə tutulur.