20 Sentyabr 2019
19 Sentyabr 2019
Erməni atəşi altında bayram - Reportaj (Fotolar)
Erməni atəşi altında bayram -Reportaj (Fotolar) REPORTAJ 11:56 2019-08-15

Türkiyənin məşhur "Yeni Şəfəq" qəzeti erməni silahlı birləşmələri ilə  təmas xəttinin 200 metrliyində yerləşən Qazax rayonunun Bala Cəfərli kəndindən reportaj hazırlayıb.

Unikal.org xəbər verir ki, qəzetin hazırladığı reportajda qeyd edilib ki, Türkiyənin İnsan Haqq və Azadlıqları Humanitar Yardım Fondu ilk dəfə bu il Bala Cəfərli sakinlərinə  qurban  paylayıb. "Yeni Şəfəq" qəzetinin müxbiri də fondun əməkdaşları ilə adıçəkilən kənddə olub. O, qeyd edib ki, erməni silahlı qüvvələrinin atəşlərinə məruz qalan Bala Cəfərli kəndi ilə düşmən mövqeləri 7 metrdir. Qardaş ölkədən gələn qonaqlar  31 iyul 2014-cü il tarixində erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində baş vermiş döyüşdə şəhid olan İsə Almazovun ailəsinə baş çəkiblər. Şəhidin xanımı Səadət Almazovanın və övladlarının Qurban bayramını təbrik ediblər.

Bundan başqa kənd sakinləri və şəhid ailələri İnsan Haqq və Azadlıqları Humanitar Yardım Fondunun əməkdaşlarına ermənilərin törətdiyi vəhşiliklər haqqında məlumat veriblər.
 


  • Erməni atəşi altında bayram -Reportaj (Fotolar)
  • Erməni atəşi altında bayram -Reportaj (Fotolar)
  • Erməni atəşi altında bayram -Reportaj (Fotolar)
  • Erməni atəşi altında bayram -Reportaj (Fotolar)